EN

102-ci bazada nə baş verir – komandan Gümrünü tərk edib, Bakının adı hallanır

Rusiya telekanalı bazanın yerləşdiyi Gümrünün Paşinyana müxalifət olduğunu haradan bilir?

“Ermənistan hakimiyyəti Gümrüdəki Rusiyanın 102-ci hərbi bazasına qarşı kampaniya başlayıb. Hökumətyönlü bir kanal komandir Andrey Yudakovun əmri ilə bazanın şəxsi heyəti arasında parlament seçkiləri ilə bağlı anti-Paşinyan kampaniyasının başladığını bildirib. İddia olunur ki, bölmə komandirləri Ermənistan vətəndaşları ilə söhbətlər aparır, onları Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasına səs vermələri üçün işdən çıxarmaqla hədələyirlər. İndi isə hökumətyönlü şəbəkə “seçkilərə müdaxilə” tezisini təbliğ edir”.

Musavat.com xəbər verir ki, bu barədə müxalitəyönlü erməni mediası yazıb. İddia olunur ki, guya 102-ci baza ilə ilə bağlı təbliğata Ermənistanın baş naziri Nikol Paşinyanın yaxınlaşmaqda olan parlement seçkilərində siyasi taleyindən narahat olan guya Azərbaycan kanalları da qoşulub.

Picture

Erməni mənbələri yazır ki, Rusiyanın nüfuzlu “Ribar” telekanalının məlumatına görə, 102-ci bazanın rəhbəri polkovnik Yudakov təxminən bir aydır ki, rəsmi işlərlə bağlı Moskvadadır və onun müavini bazaya komandanlıq edir: “Bu, faktlardakı ilk uyğunsuzluqdur. Bundan əlavə, bazada cəmi 50-yə yaxın Ermənistan vətəndaşı var və onların böyük əksəriyyəti yalnız Rusiya pasportlarına malikdir. Beləliklə, baza rəhbərliyinin hətta Vətəndaş Müqaviləsi partiyasının təbliğatçılarının danışmağa çalışdığı məcburi vasitələri belə yoxdur. Şəhərdəki əhval-ruhiyyə onsuz da son dərəcə müxalifdir – heç bir müdaxiləyə ehtiyac yoxdur. Gümrüdəki hərbçilər seçkilərdən sonrakı dövrü, informasiya təxribatlarının real təxribatlara çevrilə biləcəyini gözləyirlər”. İddia olunur ki, guya Bakı və İrəvan hakimiyyəti, eləcə də onların Qərb tərəfdaşları 102-ci bazaya son dərəcə mənfi münasibət bəsləyirlər. Buna görə də, seçkilərdən üç ay əvvəl Ermənistan rəhbərliyi öz əsəbiliyini nümayiş etdirir” deyə, məlumatda bildirilir.

Picture

Ermənistanda 102-ci Rusiya hərbi bazası ilə bağlı yayılan iddialar daha çox Paşinyana müxalif qüvvələrin, eləcə də Moskvanın siyasi manipulyasiya təsiri bağışlayır. Əgər bazanın rəhbəri ölkədə deyilsə və şəxsi heyətin böyük hissəsi Ermənistan seçicisi sayılmırsa, bu miqyasda “seçkiyə təsir” kampaniyası iddiası ciddi görünmür. Bu isə göstərir ki, məsələ real təhlükədən çox, siyasi texnologiya məhsuludur.Digər tərəfdən, belə ittihamlar Ermənistanın onsuz da kövrək olan  siyasi vəziyyəti daha da risk altına atır.

Musavat.com

Chosen
5
2
editor.az

3Sources