EN

Təbrizdə gərgin gecə: SEPAH komandirinə raket hücumu

İsrail Hərbi Hava Qüvvələri Təbriz şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin yüksək rütbəli komandirini məhv etmək məqsədilə xüsusi əməliyyat keçirib.

NOCOMMENT.az xəbər verir ki, əldə olunan məlumatlara görə, yüksək rütbəli zabitin yaşadığı mənzil qanadlı raketlə hədəf alınıb. Güclü partlayış nəticəsində binaya ciddi ziyan dəyib və ilkin məlumatlara görə, 4 nəfər həlak olub.

Hücumun əsas hədəfi olan SEPAH komandirinin ölənlər arasında olub-olmadığı hələlik dəqiqləşdirilməyib. Yerli mənbələr hadisə yerinə çox sayda xilasedici və təhlükəsizlik qüvvələrinin cəlb olunduğunu bildirir. İsrail tərəfi əməliyyatla bağlı hələlik rəsmi açıqlama verməsə də, bu addım bölgədəki gərginliyi daha da pik həddə çatdırıb.

Sara,
NOCOMMENT.az

Chosen
64
nocomment.az

1Sources