EN

Zaxarova həddini aşdı: Rəsmi Bakı izahat gözləyir

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova son mətbuat brifinqi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikirinə dair suala cavab verərkən, mövzu ilə heç bir əlaqəsi olmayan şəkildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını hallandırmağa cəhd etməsi qəbuledilməzdir.

Aznews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın son brifinq zamanı səsləndirdiyi qeyri-məqbul fikirlərinə dair şərhində bildirilib.

Chosen
33
21
aznews.az

10Sources