Futbol üzrə Azərbaycan milli komandasının “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığmasına qarşı oyunu öncəsi keçiriləcək mətbuat konfransları və açıq məşqlərinin vaxtı açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, 26 mart saat 10:30-da Sent Lüsiya milli komandasının Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda mətbuat konfransı, saat 18:30-da isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək. 

Eyni gün saat 18:30-da isə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov “Dalğa Arena”da media önünə çıxacaq. 19:00-da ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq keçiriləcək. 

Qeyd edək ki, Azərbaycan - Sent Lüsiya oyunu martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.