EN

ABŞ la İran 5 gün ərzində anlaşacaq? Tramp anons verdi, Pezeşkian isə...

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ İranın enerji infrastrukturuna zərbə planını 5 günlük təxirə salıb.

Mia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın özü açıqlama verib.

O iddia edib ki, buna səbəb İranın onlarla razılaşmaq istəyidir: "İran bizimlə danışıqlar aparır. Onlar anlaşma istəyir. Qarşıdakı 5 gün içində bu, baş verə bilər”.

Maraqlı burasıdır ki, Trampın bu bəyanatının mürəkkəbi qurumamış İran prezidenti Məsud Pezeşkian danışıqlarla bağlı iddianı rədd edib: "İran ABŞ-la hər hansı danışıq aparmaq istəmir. Tramp bu cür açıqlamalarla dünyada sürətlə artan enerji bahalaşmasının qarşısını almağa çalışır. ABŞ-la hər hansı bir gizli və ya açıq danışıq aparılmır".

Firudin Səfərli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
56
mia.az

1Sources