Banco.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Morgan Stanley” Asiya iqtisadiyyatlarında artım barədə xəbərdarlıq edir.
Banco.az xəbər verir ki, “Morgan Stanley” analitikləri neft qiymətlərinin bir barel üçün 120 dollara yüksələcəyi təqdirdə Asiya iqtisadiyyatlarının artımı üçün ciddi risklərin yaranacağını bildiriblər.
Araşdırma qeydində vurğulanır ki, neft qiymətlərində davamlı 10 dollarlıq artım Asiyanın ÜDM artımını birbaşa 20–30 baza bəndi aşağı sala bilər.
Analitiklər qeyd ediblər ki, qiymətlər 120 dollara çatacağı halda Asiyanın neft və qaz yükü ÜDM-in 6,3 faizinə qədər yüksələcək.
Münaqişənin uzanması və əmtəə qiymətlərinin yüksək səviyyədə qalması halında, siyasət qurucularının istifadə edə biləcəyi ehtiyat mexanizmlərinin də tədricən zəifləyəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Qeyddə həmçinin bildirilir ki, Filippin, İndoneziya, Hindistan və Koreyanın mərkəzi bankları münaqişənin davam edəcəyi təqdirdə 2026-cı ilin üçüncü rübünün sonlarından etibarən və ya dördüncü rübdə faiz dərəcələrini artırmaq məcburiyyətində qala bilərlər.
Bizi sosial şəbəkələrdən izləyin!!
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.