EN

Ət ucuzlaşırVİDEO

Bölgələrdə ət fərqli qiymətlərə təklif edili. Bir rayonda ətin qiymətində artım, digərində enmə müşahidə edilir.

Xezerxeber.az-ın məlumatına görə, İsmayıllıda bayramdan sonra ətin qiymətində artım var.

Bayram ərəfəsində satışın artırılması məqsədilə ət məhsullarında müəyyən endirimlər tətbiq olunsa da, indi qiymət yenidən artıb. Məsələn, İsmayıllıda dana əti 15, quzu əti 17 manata təklif olunur.

Şəkidə isə əksinə, son günlərdə ətin qiymətində enmə müşahidə edilir. Burada dana əti 13-15 manat arasında dəyişir.

Alıcılar  ətin qiymətindən razı olduqlarını bildirirlər. O da bildirilir ki, son 10 gündə ətin ucuzlaşması müşahidə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
20
9
xezerxeber.az

10Sources