AZ

Ət ucuzlaşır VİDEO

ain.az bildirir, Bakupost portalına istinadən.

Bölgələrdə ət fərqli qiymətlərə təklif edilir. Bir rayonda ətin qiymətində cüzi artım, digərində enmə müşahidə edilir.

Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, İsmayıllıda bayramdan sonra ətin qiymətində nisbətən artım var.

Bayram ərəfəsində satışın artırılması məqsədilə ət məhsullarında müəyyən endirimlər tətbiq olunsa da, indi qiymət yenidən cüzi artıb. Məsələn, İsmayıllıda dana əti 15, quzu əti 17 manata təklif olunur.

Şəkidə isə əksinə, son günlərdə ətin qiymətində enmə müşahidə edilir. Burada dana əti 13-15 manat arasında dəyişir.

Alıcılar ətin qiymətindən razı olduqlarını bildirirlər. O da bildirilir ki, son 10 gündə ətin ucuzlaşması müşahidə olunur.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
9
www.bakupost.az

10Mənbələr