EN

Borca görə ana və oğlunu döydü, maşının şüşəsini sındırdı Foto

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şəmkir rayonunda dava nəticəsində iki nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Güləddin Həmzəyev və onun anası 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisəni onların həmkəndlisi - Niyaməddin adlı şəxs törədib. Səbəb kimi tərəflər arasındakı pul borcu olub. Daha sonra həmin şəxs G.Həmzəyevə məxsus “VAZ 2106” markalı avtomobilin şüşəsini sındırıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
7
qafqazinfo.az

6Sources