AZ

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı

Şəmkir rayonunda dava nəticəsində iki nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.
 

1994-cü il təvəllüdlü Güləddin Həmzəyev və onun anası 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


İlkin məlumata görə, hadisəni onların həmkəndlisi - Niyaməddin adlı şəxs törədib. Səbəb kimi tərəflər arasındakı pul borcu olub. Daha sonra həmin şəxs G.Həmzəyevə məxsus “VAZ 2106” markalı avtomobilin şüşəsini sındırıb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)

Bizim.Media

Seçilən
7
7
bizim.media

6Mənbələr