EN

İranın BƏƏ-yə hücumları: 16 PUA və 7 balistik raket zərərsizləşdirilib

​Fevralın 28-də başlayan ABŞ-İsrail və İran müharibəsi 24-cü günündə davam edir. Ətraf coğrafiyaları da ağuşuna alan müharibə ilə bağlı yeni rəsmi bəyanatlar yayılır.

​16 PUA zərərsizləşdirilib

​İran ABŞ və İsrailin hücumlarına cavab olaraq Körfəz ölkələrini hədəf almağa davam edir. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir:

​"Hava hücumundan müdafiə sistemlərimiz bu gün İrandan atılan 7 balistik raket və 16 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib."

​Açıqlamada həmçinin qeyd olunub ki, İranın birbaşa təcavüzü başlayandan bəri BƏƏ hava hücumundan müdafiə qüvvələri ümumilikdə 352 balistik raket, 15 qanadlı raket və 1789 PUA-nı sıradan çıxarıb.

İtkilər və yaralılar arasında Azərbaycan vətəndaşı da var

​Hücumlar nəticəsində öz xidməti vəzifələrini yerinə yetirən 2 hərbçi həlak olub. Bundan əlavə, Pakistan, Nepal, Banqladeş və Fələstin vətəndaşı olan 6 mülki şəxs də həyatını itirib.

​Əməliyyatların başlanğıcından bəri 161 nəfərin yaralandığı bildirilir. Yaralıların vəziyyəti yüngül, orta və ağır olaraq qiymətləndirilir. Yaralılar arasında aşağıdakı ölkələrin vətəndaşları var:

Chosen
76
aznews.az

1Sources