EN

Ana və oğlunu döydü, maşının şüşəsini sındırdı – Foto

Şəmkir rayonunda dava nəticəsində iki nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Güləddin Həmzəyev və onun anası 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisəni onların həmkəndlisi – Niyaməddin adlı şəxs törədib. Səbəb kimi tərəflər arasındakı pul borcu olub. Daha sonra həmin şəxs G.Həmzəyevə məxsus “VAZ 2106” markalı avtomobilin şüşəsini sındırıb.

Faktla bağlı araşdırma aparılır.\\“Qafqazinfo”

Chosen
20
7
konkret.az

6Sources