EN

Yaddaş itkisi bu orqanla bağlı ola bilər ARAŞDIRMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ və Avropadakı tədqiqat mərkəzlərindən olan beynəlxalq alimlər qrupunun siçanlar üzərində apardığı yeni araşdırma yaddaş itkisi və koqnitiv geriləmənin səbəbləri ilə bağlı diqqətçəkən nəticələr ortaya qoyub. Demokrat.az xarici mediaya istinadən xəbər verir ki. “Nature” jurnalında dərc olunan tədqiqata görə, mədə-bağırsaq sistemində yaranan iltihab və onunla əlaqəli bioloji dəyişikliklər koqnitiv pozğunluğun birbaşa səbəblərindən biri ola bilər.Alimlər bildirirlər ki, yaddaş itkisinə aparan proses həzm sisteminin qocalması ilə başlayır. Bu mərhələdə bağırsaq mikrobiotasında və maddələr mübadiləsində dəyişikliklər baş verir. Nəticədə bağırsaqdakı miyeloid hüceyrələr iltihab reaksiyasını aktivləşdirir və bu proses vagus siniri vasitəsilə bağırsaqla beyin arasındakı əlaqəyə mənfi təsir göstərir. Tədqiqatçılar hesab edirlər ki, bu “bioloji yol” bəzi insanların eyni yaşda olmasına baxmayaraq digərlərindən daha sürətli koqnitiv geriləmə yaşamasını qismən izah edə bilər.Araşdırmanın ən ümidverici tərəfi isə bu zədənin müəyyən hallarda geri qaytarıla bilməsi ilə bağlı olub. Məlumata görə, yaşlı siçanlarda vagus sinirinin fəaliyyəti bərpa edildikdə, onların yaddaş funksiyası gənc siçanların səviyyəsinə yaxın nəticələr göstərib. Alimlər bu tapıntının gələcəkdə yaşla bağlı idrak geriləməsinin müalicəsi üçün yeni üsulların hazırlanmasına yol aça biləcəyini düşünürlər.Tədqiqat müəlliflərindən biri, Kaliforniyadakı “Arc” Tədqiqat İnstitutunun alimi Kristof Tays bildirib ki, bu nəticələrin gələcəkdə klinik praktikaya çevrilməsi və insanlarda yaşla əlaqəli yaddaş zəifləməsinin müalicəsində istifadə olunması ümid edilir.

Maraqlıdır ki, vagus sinirinin stimullaşdırılması hazırda artıq bir sıra ölkələrdə insanlarda epilepsiya kimi bəzi xəstəliklərin simptomlarının müalicəsində tətbiq olunur. Bu isə yeni nəticələrin gələcək tibbi tətbiqlər üçün daha real perspektiv yaratdığını göstərir.Bağırsaq mikrobiotasının beyin qocalmasına təsirini araşdırmaq üçün tədqiqatçılar gənc 2 aylıq siçanları yaşlı, 18 aylıq siçanlarla eyni mühitdə saxlayıblar. Eyni mühitdə yaşamaq və nəcis vasitəsilə mikrobiota mübadiləsi nəticəsində gənc siçanların bağırsaq mikrobiomu zamanla yaşlı siçanların mikrobiomuna daha çox bənzəməyə başlayıb.Bir ay sonra aparılan analizlər göstərib ki, yaşlı mikrobiom qazanan gənc siçanlar yeni obyektləri tanımaq və labirintdən çıxış yolu tapmaq kimi yaddaş və öyrənmə testlərində yaşlı siçanlar qədər zəif nəticələr göstəriblər. Lakin onların orijinal mikrobiomu antibiotiklərlə bərpa edildikdə, bu mənfi təsir geri dönüb və idrak performansı yenidən yaxşılaşıb.Araşdırmada daha bir mühüm nəticə də ortaya çıxıb. Normal qocalma mikrobiomuna sahib siçanlarla müqayisədə, mikrobsuz siçanlarda koqnitiv geriləmənin daha yavaş baş verdiyi müəyyən edilib. Bu isə alimlərə qocalan mikrobiomun daxilində yaddaş itkisini sürətləndirən spesifik bioloji komponentlərin ola biləcəyini düşündürür.Mütəxəssislər hesab edirlər ki, bu tədqiqat bağırsaq sağlamlığı ilə beyin funksiyaları arasındakı əlaqəni daha da gücləndirir və gələcəkdə yaddaş itkisi, demensiya və yaşa bağlı idrak pozuntularının qarşısının alınmasında yeni müalicə istiqamətlərinin əsasını qoya bilər.\\Sfera.az Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
2
demokrat.az

3Sources