EN

ABŞ kəşfiyyatı: Hörmüz boğazında azı 12 sualtı mina yerləşdirilib » AzadMedia.az


ABŞ kəşfiyyatı bildirir ki, Hörmüz boğazı ərazisində azı 12 sualtı mina mövcuddur. Bu barədə CBS News mənbəyə istinadən məlumat yayıb.
“ABŞ rəsmiləri bildiriblər ki, Amerika kəşfiyyatının hazırkı qiymətləndirmələrinə əsasən, bu həyati əhəmiyyətli keçiddə ən azı bir neçə onluq mina yerləşdirilib”, – deyə məlumatda qeyd olunur.
Söhbət İran istehsalı olan “Maham-3” və “Maham-7” tipli minalardan gedir. Kəşfiyyat məlumatlarında dəqiq sayla bağlı fərqlər var – bəzi məlumatlara görə təxminən 12 mina olduğu bildirilir, digərlərində isə daha az say qeyd olunur.
Bundan əvvəl İranın Hörmüz boğazında yeni hüquqi rejim formalaşdırmağı planlaşdırdığı barədə məlumat yayılmışdı. RIA Novosti agentliyinə danışan iranlı mənbə bildirib ki, bölgədəki vəziyyət məhz bu yeni hüquqi çərçivənin formalaşmasından asılı olacaq.
Qısa müddət əvvəl Vladimir Putin qeyd edib ki, hazırda Hörmüz boğazı vasitəsilə neft tədarükü marşrutu faktiki olaraq bağlanıb. Onun sözlərinə görə, bu keçiddən asılı olan neft hasilatı yaxın bir ay ərzində tamamilə dayanmaq riski ilə üz-üzədir.
Chosen
41
1
azadmedia.az

2Sources