EN

Ermənistan Aİ ilə Gürcüstan arasında dialoqun normallaşmasına çalışır » AzadMedia.az


Yerevan Brüssel ilə Tbilisi arasında dialoqun normallaşdırılmasında və onun “konstruktiv məcraya” qaytarılmasında maraqlıdır. Bu səbəbdən Ermənistan son vaxtlar gərginləşən Avropa İttifaqı – Gürcüstan münasibətlərinin tənzimlənməsinə çalışır.
Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan parlamentin Avropa inteqrasiyası komissiyasının iclasında bildirib.
Onun sözlərinə görə, Gürcüstanla Aİ arasında danışıqlarda irəliləyiş Ermənistan–Aİ münasibətlərinin inkişafı üçün daha müsbət mühit yaradır. “Yerevan Brüssel və Tbilisi arasında dialoqun normallaşdırılmasında və onun konstruktiv məcraya qaytarılmasında maraqlıdır”, – deyə o vurğulayıb.
Kostanyan əlavə edib ki, Ermənistan hakimiyyəti artıq bu istiqamətdə fəal fəaliyyətə başlayıb.
Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da bildirmişdi ki, hazırda Gürcüstanla Aİ arasında dialoqun faktiki dondurulması ölkənin Avropa İttifaqına inteqrasiya prosesini ləngidir və bu, dolayısı ilə Ermənistana da təsir göstərir.
Hazırda Aİ tərəfi prosesin bərpası üçün Gürcüstan qarşısında 9 şərt irəli sürüb. Bu şərtlərə siyasi qütbləşmənin aradan qaldırılması, deoliqarxizasiya, azad və rəqabətli seçkilərin təmin olunması və digər tələblər daxildir. Gürcüstan tərəfi isə bu şərtlərin bir qismini qəbuledilməz hesab edir.
Chosen
66
1
azadmedia.az

2Sources