EN

Banqladeş yanacaq idxalını 25 faiz artırmağı planlaşdırır

Bakı. Trend:

Yaxın Şərqdə artan gərginlik və tədarükdə yaranan çətinliklərfonunda Banqladeş il ərzində yanacaq idxalını 25 faiz artırmağıplanlaşdırır.

Trend xəbər verirki, bu barədə ölkənin energetika və mineral resurslar naziri İqbalHəsən Mahmud jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, ehtiyat tədbiri kimi hökumət idxalınartırılması barədə qərar qəbul edib. O əlavə edib ki, hazırdaölkədə birbaşa enerji böhranı yoxdur və yanacağın paylanmasısubsidiyalar vasitəsilə nəzarətdə saxlanılır.

İqbal Həsən Mahmudun sözlərinə görə, yanacaq əsasən spotbazardan alınır və istehlakçılara alış qiymətindən aşağıqiymətlərlə təqdim olunur.

Nazir vurğulayıb ki, münaqişənin nə qədər davam edəcəyiqeyri-müəyyəndir və bu səbəbdən hökumət əhalinin alıcılıqqabiliyyətini nəzərə alaraq subsidiyaları mümkün qədər uzun müddətdavam etdirməyi planlaşdırır.

Onun sözlərinə görə, Hörmüz boğazından gəmilərin maneəsiz keçəbilməməsi müntəzəm təchizatda fasilələrə səbəb olur.

Chosen
52
az.trend.az

1Sources