Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
İngiltərədə yaşayan Şarlotta Bauers gecə vaxtı gözlənilməz hadisə ilə qarşılaşıb. Daily Star nəşrinin yazdığına görə, qadının vanna otağındakı elektrikli diş fırçası qəfildən alışıb.Demokrat.az-ın məlumatına görə hadisənin ən maraqlı tərəfi cihazın həmin vaxt elektrik şəbəkəsinə bağlı olmamasıdır. Səkkiz ay problemsiz işləyən fırçadan başlayan yanğın divar boyu yuxarı qalxıb.Şarlottanın sözlərinə görə, güzgünün polad çərçivəsi alovun qarşısını kəsməsəydi, bütün ev külə dönə bilərdi. Nəticədə vanna otağındakı havalandırma sistemi sıradan çıxıb və otağı yenidən rəngləmək lazım gəlib.Zərərçəkmiş qadın şirkətdən təzminat tələb etsə də, ona cəmi 35 funt sterlinq və ya yeni cihaz təklif olunub. İstehsalçı firma hadisəni ciddi araşdırdığını bildirsə də, şəbəkəyə qoşulmayan fırçanın belə bir yanğına səbəb olacaq qədər enerji daşımadığını iddia edir.Baş verənlərdən sonra Şarlotta bir daha elektrikli diş fırçalarından istifadə etməyəcəyini qəti şəkildə bildirib. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.