EN

Avstraliya və Aİ azad ticarət sazişi üzrə danışıqları başa çatdırıblar

Avstraliya və Avropa İttifaqı azad ticarət sazişi üzrə danışıqları yekunlaşdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanize və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen birgə bəyanat yayıblar.

Məlumata görə, tərəflər sazişin qüvvəyə minməsi üçün zəruri prosedurların başlanmasına hazır olduqlarını bildiriblər.

“Bu saziş ikitərəfli ticarəti və investisiyaları gücləndirəcək, iqtisadi artımı dəstəkləyəcək və qaydalara əsaslanan açıq ticarətə sadiqliyi möhkəmləndirəcək”, – deyə sənəddə qeyd olunub.

Chosen
7
3
ikisahil.az

4Sources