EN

İran parlament sədri  Pakistanda:  ABŞ ilə danışıqlar iddiası

“Əl-Cədid” agentliyi İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın İslamabada səfər etdiyini açıqlayıb.

Ərəb mediasının məlumatına görə, Qalibafın təyyarəsi Tehrandan uçuş üçün əvvəlcədən ABŞ və İsraillə koordinasiya əldə etdikdən sonra Pakistana enib.

Pakistan mediası isə bildirir ki, Qalibaf İslamabadda ABŞ rəsmiləri ilə məsləhətləşmələr aparıb. Müzakirələrin əsas mövzusu Hörmüz boğazında naviqasiya təhlükəsizliyi olub.

Bundan əvvəl Donald Tramp ABŞ-nin İranla danışıqlar apardığını açıqlamışdı. Daha sonra isə ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşnerin yaxın günlərdə Qalibafın rəhbərlik etdiyi İran nümayəndə heyəti ilə görüş planlaşdırdığı bildirilib.

Chosen
35
veteninfo.az

1Sources