EN

Sabah dağlıq ərazilərə qar yağacaq

Mayın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Day.Az-а verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7 dərəcədən 9 dərəcəyədək isti, gündüz 12 dərəcədən 17 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7 dərəcədən 10 dərəcəyədək isti, gündüz 13 dərəcədən 18 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcədən 5 dərəcəyədək isti, gündüz 5 dərəcədən 10 dərəcəyədək isti olacaq.

Chosen
4
49
day.az

10Sources