EN

ABŞ də neft emalı zavodunda partlayış

ain.az bildirir, Redaktor.az portalına istinadən.

ABŞ-nin Texas ştatının Port Artur şəhərində yerləşən "Valero Energy" şirkətinə məxsus neft emalı zavodunda partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə KFDM telekanalı məlumat yayıb. İlkin məlumata görə, partlayışa nasaz işləyən qızdırıcının səbəb olduğu ehtimal edilir. Hadisə yerindən yayılan görüntülərdə zavod ərazisindən qalın və tünd tüstünün yüksəldiyi müşahidə olunur.

Hələlik xəsarət alanlar barədə rəsmi məlumat verilməyib. Qərbi Port Artur sakinlərinə təhlükəsizlik məqsədilə sığınacaq taparaq olduqları yerlərdə qalmaları tövsiyə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
9
redaktor.az

10Sources