EN

Daşkənddə Azərbaycan və Özbəkistan kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Özbəkistanda səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu ölkənin kənd təsərrüfatı naziri İbrokhim Abduraxmonov ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən xalqcebhesi.az-a verilən xəbərə görə, hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanla Özbəkistanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti barədə müzakirələr aparılıb.

Qonaqları salamlayan Özbəkistanın kənd təsərrüfatı naziri İbrokhim Abduraxmonov Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanın sığorta modelinə əsaslanaraq Özbəkistanın öz sığorta modelini qurduğunu, ölkəmizin kənd təsərrüfatı sahəsindəki nailiyyət və təcrübəsini qardaş ölkə ilə bölüşməyə hazır olduğunu qeyd edib.

Görüşdə aqrar sahədə əməkdaşlığın gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin qısa zamanda həyata keçirilməsi, iş adamları arasında əlaqələrin gücləndirilməsi, azərbaycanlı iş adamlarının Özbəkistanda fəaliyyətinin genişləndirilməsi, hər iki ölkədə təşkil edilən beynəlxalq sərgi və yarmarkalarda iş adamlarının iştirakının təşviq edilməsi, müasir texnologiyaların transferi, aqrar elmi-tədqiqat və aqrar təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədqiqatlar Mərkəzi (ATM) ilə Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatı Bilikləri və İnnovasiya Sistemi (AKIS) arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi ATM-in direktoru Rəşad Hüseynov və AKİS-nin direkor müavini Oybek Amanov imzalayıb. Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər aqrar tədqiqat və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
9
icma.az

10Sources