People-ın məlumatına görə, ABŞ-ın İndiana ştatında 66 yaşlı Bredli Armstronq toy mərasimindən bir neçə dəqiqə əvvəl həbs edilib.
Armstronq sevgilisi ilə evlənmək üçün La Porte qraflığı məhkəməsinə gəlib. Birdən serjant Svanson və köməkçi Rayan onların toy mərasiminə müdaxilə ediblər. Onlar mərasimin davam edə bilməyəcəyini bildiriblər.
Məlum olub ki, Armstronq cinayət reyestrində olduğu üçün evlənə bilməz. Qanuna görə, bəy bu barədə məlumat verməli idi, amma o, sadəcə saxta vəsiqə təqdim edib.
Armstrong 2002-ci ilin may ayında azyaşlı uşağa təcavüzü etməkdə ittiham olunurdu. Daha sonra o, yeddi il şərti azadlıq və daha yeddi il şərti sınaq cəzasına məhkum edildi.
Daha əvvəl Hindistanda polisin bəyin toyu zamanı həbs etdiyi bildirilirdi. O, keşişi qaçırmaqda və şantaj etməkdə şübhəli bilinərək axtarışda idi.
Əziz MUSTAFA