EN

Simonyan: Ermənistanın qonşularına qarşı heç bir ərazi iddiası yoxdur

Ermənistan regionda hər hansı bir tərəfin digərinə hücum etməyinə rəvac verməyən münasibətlərin qurulmasına böyük əhəmiyyət verir.

 

“Armenpress” xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin yeni konstitutsiyası ilə bağlı jurnalistlərin suallarına cavab olaraq bildirib.

 

"Ermənistanın heç vaxt ərazi iddiaları olmamalıdır və onun qonşularına qarşı heç bir iddiası yoxdur. Biz regionda münasibətləri elə qurmalıyıq ki, heç bir tərəf digərinə hücum etməyi düşünməsin. Biz bölgəmizdə sülhü təmin etmək və müharibənin qarşısını almaq üçün əlimizdən gələni etməliyi", - spiker qeyd edib.

 

Simonyan ölkə konstitutsiyasına edilən dəyişikliklərin "Ermənistanın qorunması və gələcəyi naminə” edildiyini vurğulayıb.

 

APA

Tarix: 24 Mart 2026, 14:33   
Chosen
9
10
pravda.az

10Sources