Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyəyə 47 min 80,05 ton xam neft ixrac edib.
Moderator.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 22 milyon 103,54 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2025-ci il ilin yanvar-fevral ayları ilə müqayisədə 3,2 dəfə, dəyəri isə 3 dəfə çoxdur.
Türkiyəyə ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 1,31 % olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 704 milyon 408,42 min ABŞ dolları olan 3 milyon 600 min 307,38 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb.