EN

Sumqayıtda təhlükəli manevr edən avtobusun sürücüsü CƏZALANDIRILDI VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

"Sumqayıt şəhəri, Koroğlu prospektində müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsünün kobud qayda pozuntusuna yol verməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumat Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən araşdırılıb".

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

"Müəyyən edilib ki, həmin qayda pozuntusu Əkbər İsa oğlu Əhmədov tərəfindən törədilib. Təqsiri sübuta yetirilən Ə.Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, inzibati məsuliyyət növündə inzibati tənbeh tədbiri tətbiq olunub", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Sumqayıt şəhərində 99-JU-879 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsünün qəfil təhlükəli manevr edərək digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaratdığı ilə bağlı məlumat vermişdik.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
56
avtosfer.az

1Sources