EN

“Rusiya iqtisadiyyatı zəifləyir, Kreml isə hücumların uğursuzluğuna hazırlaşır“ Ukrayna KİV ləri

ain.az bildirir, Moderator.az portalına istinadən.

"İqtisadi geriləmə və cəbhədə böyük itkilər Moskvanın imkanlarını məhdudlaşdırır..."

Rusiya prezidenti Vladimir Putin 2026-cı ilin əvvəlində Rusiya iqtisadiyyatında mənfi dinamikanın başladığını etiraf edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Moscow Times" nəşri yazıb.

İqtisadi siqnallar: geriləmə və artan risklər

Putinin sözlərinə görə, yanvar ayında ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalıb, sənaye istehsalı isə 0,8 faiz geriləyib. İlkin olaraq 2 faizdən çox proqnozlaşdırılan iqtisadi artım sonradan 1,3 faizə endirilib, "Bloomberg" isə bu göstəricinin 0,7 faizə qədər düşə biləcəyini yazır.

Eyni zamanda, federal büdcə ilin əvvəlində 3,5 trilyon rubl kəsir verib. Gəlirlərin azalması fonunda bu kəsirin 8 trilyon rubla qədər artacağı istisna olunmur. Hərbi və sosial xərclər isə ixtisarlardan kənarda saxlanılır. Analitiklər qeyd edir ki, iqtisadiyyat getdikcə daha çox hərbi xərclərdən asılı olur və bu, ölkəni "geri dönüşü olmayan nöqtə"yə yaxınlaşdıra bilər.

Cəbhədə vəziyyət: böyük itkilər və məhdud nəticələr

Amerikanın Müharibənin Öyrənilməsi İnstitututunun (ISW) analitiklərinə görə, Rusiya Donetsk istiqamətində yaz-yay hücumuna başlayıb. Ukrayna ordusunun baş komandanı Aleksandr Sırski bildirir ki, son 4 gündə 6090-dan çox, bir həftədə isə ümumilikdə 8710 hərbçi itirilib. Bu səviyyədə itkilərin uzun müddət davamlı olmadığı və Rusiyanın hücum imkanlarını zəiflədə biləcəyi vurğulanır.

Gözləntilər və perspektiv

 ISW - nin qiymətləndirməsinə görə, Rusiya 2026-cı ildə ciddi strateji uğur qazana bilməyəcək və yalnız böyük itkilər hesabına məhdud irəliləyiş əldə edə bilər. Analitiklər hesab edir ki, Kreml artıq cəmiyyəti yavaş irəliləyiş və yüksək itkilərə hazırlayır.

Yeni hücum dalğasının yaxın aylarda başlaması gözlənsə də, bəzi ekspertlər Rusiyanın aktiv əməliyyatları yalnız yay sonuna qədər davam etdirə biləcəyini bildirir. Ümumilikdə, həm iqtisadi zəifləmə, həm də cəbhədə artan itkilər Rusiyanın imkanlarını məhdudlaşdıran əsas amillər kimi qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
1
moderator.az

2Sources