EN

Azərbaycanın ixrac etdiyi neftin 67 faizdən çoxunu İtaliya alıb

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan İtaliyaya 2 milyon 427 min 849,63 ton xam neft ixrac edib.

525.az Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 142 milyon 037,8 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin iki ayı ilə müqayisədə 0,5 % çox, dəyəri isə 16,4 % azdır.

İtaliyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 67,43 % olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 704 milyon 408,42 min ABŞ dolları olan 3 milyon 600 min 307,38 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
9
525.az

10Sources