EN

Elnur Məmmədov vəfat etdi - FOTO

“Parni iz Baku” KVN komandasının əfsanəvi müəlliflərindən biri, tanınmış ssenarist və yumor ustası Elnur Məmmədov vəfat edib.


Manset.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Elnur Məmmədov təkcə “Parni iz Baku” komandasının müəllifi olmayıb, həm də Sovet İttifaqı və MDB məkanında tanınan simalardan biri kimi yadda qalıb. Komandanın Moskvada qazandığı çempionatlarda səsləndirilən zarafatların böyük hissəsinin müəllifi məhz o olub.

Onun yazdığı zarafatlar və səhnəciklər bir çox KVN iştirakçısının tanınmasında mühüm rol oynayıb.


Chosen
41
manset.az

1Sources