Xəbər verdiyimiz kimi, Məhəmməd Bağır Zülqədr İran Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib.
News365.az xəbər verir ki, o, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təqaüdə çıxmış hərbi komandiridir.
71 yaşlı Zülqədr hazırda Məqsədyönlülük Şurasının katibi vəzifəsində çalışır.
O, əvvəllər İranın məhkəmə sistemində strateji, ictimai təhlükəsizlik və cinayətkarlığın qarşısının alınması məsələləri üzrə müavin vəzifəsində çalışıb. Həmçinin Mahmud Əhmədinejadın dövründə daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini olub.
M.Zülqədr 24 mart 2026-cı ildə ABŞ-İsrail qüvvələri tərəfindən öldürülən Əli Laricaninin yerinə Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.