Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycanda regionlar üzrə kredit qoyuluşunun həcmi açıqlanıb.Modern.az xəbər verir ki, ölkə üzrə ən kiçik kredit portfeli Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Bu regionda kredit qoyuluşunun həcmi cəmi 24 milyon 414 min manat (14,51%) təşkil edir.
İkinci yerdə Dağlıq Şirvan iqtisadi rayonu qərarlaşıb – burada kredit portfelinin həcmi 210 milyon 950 min manat (20,24%) olub.
Mil-Muğan iqtisadi rayonu 360 milyon 518 min manat (19,47%) göstərici ilə üçüncü sıradadır.
Dördüncü sırada Şirvan-Salyan iqtisadi rayonu yer alıb – burada kredit portfeli 465 milyon 552 min manat (19,79%) təşkil edib.
Beşinci pillədə Naxçıvan iqtisadi rayonu (15,47%) qərarlaşıb. Region üzrə kredit qoyuluşu 494 milyon 216 min manat olub.
Altıncı yerdə Quba-Xaçmaz iqtisadi rayonu gəlir – kredit portfelinin həcmi 521 milyon 629 min manat (18,06%) təşkil edib.
Yeddinci sırada isÉ™ QarabaÄŸ iqtisadi rayonu (19,83%) yer alıb. Burada kredit qoyuluÅŸunun ümumi hÉ™cmi 526 milyon 43 min manat olub.Â
Azərbaycanda regionlar üzrə kredit qoyuluşunun həcmi də açıqlanıb. Hesabat dövrünə ölkə üzrə cəmi kredit qoyuluşu 29 milyard 980 milyon 53 min manat təşkil edib.
Renkinqə Bakı iqtisadi rayonu böyük fərqlə başçılıq edir. Paytaxt üzrə kredit portfelinin həcmi 22 milyard 749 milyon 621 min manat (12,91%) təşkil edir.
İkinci yerdə Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb. Bu regionda kredit qoyuluşunun həcmi 1 milyard 215 milyon 330 min manat (16,53%) olub.
Gəncə-Daşkəsən iqtisadi rayonu 905 milyon 246 min manat (17,88%) göstərici ilə üçüncü sırada yer alıb.
Dördüncü sırada Lənkəran-Astara iqtisadi rayonu dayanır – burada kredit portfelinin həcmi 711 milyon 46 min manat (19,74%) təşkil edib.
Siyahının beşinci pilləsində Mərkəzi Aran iqtisadi rayonu (19,88%) qərarlaşıb. Regionda kredit qoyuluşunun həcmi 606 milyon 898 min manat olub.
Altıncı yerdə Şəki-Zaqatala iqtisadi rayonu gəlir. Bu regionda kreditlərin ümumi məbləği 605 milyon 3 min manat (17,92%) təşkil edib.
Yeddinci sırada isə Qazax-Tovuz iqtisadi rayonu (19,67%) yer alıb. Burada kredit portfelinin həcmi 583 milyon 588 min manat olub. (FED.az)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.