EN

Sərnişin taksi sürücüsünə zor tətbiq etdi

Abşeron rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.


Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, zərərçəkən idarə etdiyi avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin ona zor tətbiq edərək 600 manat dəyərində mobil telefonunun ələ keçirildiyi barədə polisə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 26 yaşlı R.Dünyamalıyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində daha bir nəfərin mobil telefonunu kəsici alətlə hədələyərək quldurluq yolu ələ keçirdiyi məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Chosen
11
12
manset.az

10Sources