EN

ABŞ reyncerləri, “gecə ovçuları”nı göndərdi – Hücum başlayır!

ABŞ lokal quru əməliyyata aktiv hazırlıq aparır.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.
O bildirib ki, hazırda ABŞ hərbi-nəqliyyat təyyarələrinin kəskin aktivliyi müşahidə olunur, aşağıda adları keçən elit piyada briqadalar Yaxın Şərqə yollanır:
– Corciya ştatı, Fort Stüart bazası. 18-ci hava-desant korpusuna daxil olan 3 piyada diviziyası. Bu diviziya sürətli reaksiya qüvvələrinə aiddir.
– Şimali Karolina ştatı, Breqq bazası: “Delta”, “Yaşıl beretlilər”, 82-ci hava-desant diviziyası və 75-ci reyncerlər alayı. Xüsusi əməliyyat qüvvələri.
– Kentukki ştatı, Fort Kempbell bazası: 101-ci hava-hücum diviziyası, xüsusi təyinatlı əməliyyatları dəstəkləyən 160-cı aviasiya alayı (“Gecə ovçuları”).
“Trampın “danışıqlar” barədə bəyanatına gəlincə, bir məqamı xatırlamaq yerinə düşər: son dəfə “danışıqlar” barədə bəyanat veriləndə Əli Xamenei vurulmuşdu. Bu tipli bəyanatları boş verin, danışıqlara hazırlaşan tərəf elit piyada briqadalarını regiona göndərmir”, – o qeyd edib.
Chosen
20
2
konkret.az

3Sources