EN

Qriamannın oynayacağı klub dəqiqləşdi

Antuan Qrizmann “Orlando Siti”yə transfer olub.

Bizim.Media xəbər verir ki, bu barədə klub məlumat yayıb.
 

Fransalı hücumçunun müqaviləsi iyul ayından, MLS-də yay transfer pəncərəsi açıldıqdan sonra qüvvəyə minəcək. Sözləşmə 2027/28 mövsümünün sonuna qədər nəzərdə tutulub və əlavə uzatma bəndi də yer alır.


Qeyd edək ki, futbolçu bu mövsüm “Atletiko”nun heyətində 43 matçda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
39
2
bizim.media

6Sources