“Orlando Siti” Antuan Qrizmanın transferini elan edib.
QOL.az xəbər verir ki, fransalı hücumçunun müqaviləsi iyul ayından, MLS-də yay transfer pəncərəsi açıldıqdan sonra qüvvəyə minəcək. Sözləşmə 2027/28 mövsümünün sonuna qədər nəzərdə tutulub və əlavə uzatma bəndi də var.
Qeyd edək ki, futbolçu bu mövsüm “Atletiko”nun heyətində 43 matçda 13 qol və 4 assistlə yadda qalıb.