EN

Livanın cənubunda zərbələr: ölənlərin sayı artır

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

İsrail Hərbi Hava Qüvvələrinin gün ərzində Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 33 nəfər həlak olub, 90 nəfər yaralanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində açıqlama yayıb.

Nazirlik bildirib ki, hərbi eskalasiyanın başlanmasından bu günə qədər ölənlərin ümumi sayı 1 072 nəfərə, yaralananların sayı isə 2 966 nəfərə çatıb.

Eyni zamanda, Livanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, döyüş bölgələrində 1 milyondan çox insan – konkret olaraq 1 049 328 nəfər – evlərini tərk etmək məcburiyyətində qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
1
baku.ws

2Sources