EN

Ombudsman DTX nin təcridxanasına baş ÇƏKDİ

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və MPQ üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına başçəkmə həyata keçirib.

Redaktor.az xəbər verir ki, başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti - qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti,  görüş, telefon danışığı  ilə bağlı hüquqların təmini vəziyyəti və rəftar məsələləri araşdırılıb. Yenidən təşkil edilmiş görüş otaqlarına və kameralara baxış keçirilib.

Rəftar məsələlərinin araşdırılması məqsədilə bir qrup təqsirləndirilən şəxslər, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən şəxslər fərdi qaydada qəbul edilib.

Qəbul edilmiş şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Müvəkkilin səlahiyyətləri, Ombudsmanın “916” Çağrı Mərkəzinə müraciət qaydası izah olunub.

Yekunda Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
12
redaktor.az

10Sources