AZ

Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb - ÖZƏL » AzadMedia.az

Səbinə


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Milli Preventiv Mexanizm (MPQ) üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına başçəkmə həyata keçirib.

Musavat.com bu barədə Ombudsman Aparatına istinadən xəbər verir.

Məlumata görə, başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti - qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti, görüş, telefon danışığı ilə bağlı hüquqların təmini vəziyyəti və rəftar məsələləri araşdırılıb. Yenidən təşkil edilmiş görüş otaqlarına və kameralara baxış keçirilib. Rəftar məsələlərinin araşdırılması məqsədilə bir qrup təqsirləndirilən şəxslər, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən şəxslər fərdi qaydada qəbul edilib. Qəbul edilmiş şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Müvəkkilin səlahiyyətləri, Ombudsmanın “916” Çağrı Mərkəzinə müraciət qaydası izah olunub. Yekunda Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.

Musavat.com-unaldığı özəl məlumata görə, S.Əliyeva şəxsən barəsində 20 illik həbs qərarı verilmiş separatçı Ruben Vardanyanla görüşüb, onu dinləyib.

Qeyd edək ki, bundan əvvəl də S.Əliyevanın R.Vardanyanla görüşü olmuşdu. Lakin buna baxmayaraq, Vardanyan ailə üzvləri vasitəsilə qərəzli məlumatlar yayaraq Ombudsmana böhtan atıb.

Seçilən
7
16
azadmedia.az

10Mənbələr