EN

Məşhur müğənni vəfat etdi – FOTO

Məşhur italyan müğənnisi Cino Paoli dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ANSA agentliyi mərhumun ailəsinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata əsasən, məşhur müğənni 91 yaşında vəfat edib.

C.Paoli müğənni, mahnı müəllifi və bəstəkar kimi İtaliya estradasının ən mühüm simalarından biri olub. O, 1934-cü il sentyabrın 23-də sahil şəhəri Monfalkonedə anadan olub.

C.Paolinin 1959-cu ildə müğənni Mina üçün yazdığı “Il cielo in una stanza” mahnısı İtaliyanın illik mahnı reytinqində birinci yeri tutub, həmçinin “Billboard Hot 100” siyahısına daxil olub. Sənətçinin digər məşhur əsərləri arasında onun vizit kartına çevrilən “Sapore di sale” mahnısı da yer alır.

Chosen
22
6
nocomment.az

8Sources