EN

90 yaşlı qadın lotereyada 1,5 milyon udub

Berlində 90 yaşlı təqaüdçü qadın lotereyada 1,5 milyon avro udub.

 

Bu barədə Almaniya mediası məlumat yayıb.

 

O, 2019-cu ildən bəri müntəzəm olaraq lotereya oynayırmış. Bu dəfə o, sosial lotereyada mümkün olan maksimum mükafatı qazanıb.

 

Bu lotereya fondu təkcə mükafatları ödəməklə yanaşı, Almaniyada təqaüdçülər, qaçqınlar və əlilliyi olan insanlar üçün sosial layihələri də maliyyələşdirir.

 

Rbb-nin məlumatına görə, əvvəlki illərdə Almaniya üzrə 400 sosial layihəyə təxminən 70 milyon avro paylanıb. Alman mediası onun qazanmasını “sensasiya” adlandırıb – təqaüdçü qadın qazandığını 90 yaşının tamamında öyrənib.\Azpost.info

Tarix: 25 Mart 2026, 02:26   
Chosen
13
6
pravda.az

8Sources