EN

ABŞ-ın İranla bağlı gizli planı sızdı: 15 bəndlik razılaşma dünyanı silkələyəcək

ABŞ-ın İrana təqdim etdiyi iddia olunan 15 bəndlik planın detalları mediaya sızıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ı məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun təklif etdiyi plan 15 əsas bənddən ibarətdir:

1. İrana qarşı bütün sanksiyaların ləğvi.

2. ABŞ-ın mülki nüvə layihəsinin (elektrik enerjisi istehsalı) inkişafına yardım göstərməsi.

3. Sanksiyaların yenidən tətbiqi təhlükəsinin aradan qaldırılması.

4. İranın nüvə proqramının müəyyən çərçivədə dondurulması.

5. Zənginləşdirilmiş uranın saxlanması, lakin nəzarət və razılaşdırılmış limitlər daxilində.

6. Raket proqramının daha sonrakı mərhələdə say və mənzil məhdudiyyətləri ilə müzakirəsi.

7. Nüvə proqramının yalnız mülki və müdafiə məqsədləri ilə məhdudlaşdırılması.

8. Mövcud nüvə imkanlarının inkişafının dayandırılması.

9. Uranın zənginləşdirilməsi imkanlarının genişləndirilməsinə qadağa.

10. İran ərazisində silah səviyyəli nüvə materialının istehsalına qadağa.

11. Bütün zənginləşdirilmiş materialın razılaşdırılmış qrafiklə MAQATE-yə təhvil verilməsi.

12. Natanz, İsfahan və Fordo obyektlərinin fəaliyyətinin dayandırılması (sıradan çıxarılması).

13. Beynəlxalq monitorinq və yoxlama mexanizmlərinin tətbiqi.

14. Planın mərhələli icrası və öhdəliklərə uyğun şəkildə həyata keçirilməsi.

15. Tərəflər arasında əlavə regional və təhlükəsizlik razılaşmalarının əldə olunması.

 

Musavat.com

Chosen
47
3
musavat.com

4Sources