EN

Tramp Hindistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb və onunla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

 

Senzor.az bildirir ki, bu barədə ⁠”X” hesabında ABŞ-ın Hindistandakı səfiri Sercio Qor məlumat yayıb.

 

"Prezident Donald Tramp indicə Baş nazir Modi ilə danışıq aparıb. Onlar Yaxın Şərqdəki cari vəziyyəti, o cümlədən Hörmüz boğazının açıq saxlanmasının vacibliyini müzakirə ediblər", - deyə səfir yazıb.


Chosen
27
4
senzor.az

6Sources