EN

Bu gündən başladı Hələ 4 gün davam edəcək

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Yazın gəlişinə baxmayaraq, mart ayının son günləri ölkə ərazisində hava şəraiti yenidən kəskinləşəcək. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, martın 25-dən ayın 30-u səhər saatlarına qədər Azərbaycanın müxtəlif bölgələrində qeyri-sabit hava şəraiti hökm sürəcək. Sinoptiklər yağıntıların fasilələrlə davam edəcəyini və bəzi yerlərdə intensivləşəcəyini bildirirlər.Havanın kəskin dəyişməsi özü ilə bir sıra təbiət hadisələrini də gətirəcək. Ayrı-ayrı rayonlarda şimşək çaxacağı, bəzi ərazilərə dolu düşəcəyi, yüksək dağlıq zonalarda isə qar yağacağı ehtimal olunur. Bu cür hava şəraiti xüsusilə dağlıq və dağətəyi rayonlarda yaşayan sakinlər üçün müəyyən çətinliklər yarada bilər.Güclü yağıntılarla əlaqədar çaylarda sululuğun artması və bəzi dağ çaylarından qısamüddətli sel keçməsi gözlənilir. Martın 30-u səhər saatlarından etibarən hava şəraitinin tədricən sabitləşəcəyi proqnozlaşdırılır.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
50
demokrat.az

10Sources