EN

İki məşhur klubun sabiq prezidentləri saxlanıldı YENİLƏNDİ

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

İstanbul Prokurorluğu tərəfindən məşhurlarla bağlı aparılan istintaq çərçivəsində 16 nəfər polis tərəfindən saxlanılıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bunlar “Beşiktaş” futbol klubunun sabiq prezidenti Fikrət Orman, “Qalatasaray” futbol klubunun sabiq prezidenti Burak Elmas, Güzidə Duran, Hakan Sabancı, Kərim Sabancı, Hande Erçel, Sezgin Köysürən, Fərhad Aydın, Lütfiyə Tuğçe Özbudaq, Koray Serenli, Onur Bükçü, İsmail Bəhram Pərinçəkli, Kaan Mellart, Didəm Soydan, Onur Talay və Mustafa Tarivədir.

***

03:14

İstanbul Prokurorluğu tərəfindən məşhurlarla bağlı aparılan istintaq çərçivəsində 7 nəfərin həbsi ilə bağlı qərar qəbul olunub.

İstanbul Prokurorluğu tərəfindən “narkotik maddələrin istehsalı və ticarəti”, “narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsini asanlaşdırmaq üçün xüsusi yerlər, avadanlıqlar və ya materiallar təmin etmək və istifadəçilərin tutulmasını çətinləşdirmək üçün tədbirlər görmək”, “narkotik və ya stimullaşdırıcı maddələrin alınması, qəbul edilməsi və ya saxlanması”, “narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə” və “fahişəliyə təhrik etmək və asanlaşdırmaq” ittihamları ilə istintaqlar davam edir.

Məlumata görə aparılan istintaqın bir hissəsi olaraq, Prokurorluq “Beşiktaş” futbol klubunun sabiq prezidenti Fikrət Orman və digər məşhurlar; Hande Erçel, Hakan Sabancı, Burak Elmas, Didəm Soydan, Kərim Sabancı və Güzidə Duranın həbsinə order verib.

Fikrət Ormanın artıq polis tərəfindən saxlanıldığı bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
12
www.bakupost.az

10Sources