EN

Qazaxıstan neft ixracını şaxələndirir

Yazını böyüt
Yazını kiçilt

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Bakı-Tbilisi-Ceyhan sistemindən istifadə etməklə inkişafı Qazaxıstanın energetika naziri Erlan Akkenjenovun Hyustonda keçirilən “CERAWeek” konfransı çərçivəsində ABŞ-li həmkarı Kristofer Raytla görüşünün gündəliyinə daxil edilib.

Hafta.az xəbər verir ki, Qazaxıstan Respublikasının Energetika Nazirliyinin məlumatına görə, bu istiqamət üzrə Qazaxıstan neftinin daşınması həcminin yaxın perspektivdə illik 2,1 milyon tona çatacağı gözlənilir.

Danışıqların əsas mövzuları qlobal enerji təhlükəsizliyi, alternativ ixrac dəhlizlərinin inkişafı və investisiya əməkdaşlığının möhkəmləndirilməsi olub.

Qazaxıstanın energetika naziri ABŞ investorları ilə birlikdə Xəzər dənizinin nəqliyyat potensialından karbohidrogen xammalının beynəlxalq bazarlara çatdırılması üçün maksimum səmərəli istifadə etməyə hazır olduğunu bildirib. Akkenjenov qeyd edib ki, Qazaxıstan zəngin təbii resurslara malikdir və texnoloji tərəfdaşlığın dərinləşdirilməsinə açıqdır.

Chosen
10
5
hafta.az

6Sources