Tərtər, 25 mart, AZƏRTAC
Tərtər rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində 1958-ci il təvəllüdlü Ağayev Nəsrəddin Müzəffər oğlu və 1971-ci il təvəllüdlü Ağayev Yunus Müzəffər oğlu ölüb. İki nəfər - Sənan Ağayev və Könül Aslanova müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar ilkin tibbi yardımdan sonra Gəncədəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir – Tahir Ağaməmmədov