EN

Tərtərdə ağır yol qəzasında iki qardaş həyatını itirdi

TƏRTƏRZ, 25 mart. TELEQRAF

Tərtər rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində iki qardaş - 1958-ci il təvəllüdlü Nəsrəddin Ağayev və 1971-ci il təvəllüdlü Yunus Ağayev həyatlarını itiriblər.

Qəzada 1991-ci il təvəllüdlü Sənan Ağayev və Könül Aslanova da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Chosen
25
6
teleqraf.com

3Sources