EN

Lukaşenko Şimali Koreyaya dostluq sazişi bağlamağa yollanıb

Bakı.Trend:

Belarus prezidenti Aleksandr Lukaşenko Koreya Xalq DemokratikRespublikasının (KXDR) paytaxtı Pxenyana rəsmi səfər edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Belarus XİN rəhbəri Maksim Rıjenkovun bildirdiyinə görə, ikiölkənin liderlərinin dostluq haqda saziş imzalayacağıgözlənilir.

“Həm Belarus, həm də Koreya tərəfini maraqlandıran kompleks, birsıra istiqamətlər var. Onlar ölkələrimizin liderlərininimzalayacağı dostluq haqda sazişin mətnində öz əksini tapacaq”,-deyə ali diplomat bildirib.

Lukaşenko səfər çərçivəsində Kumsusan Günəş sarayına baş çəkib.Orada Belarus lideri koreyalı sərkərdənin xatirəsini anıb.

Chosen
41
37
az.trend.az

10Sources