EN

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 350 ton buğda göndəriləcək

Bakı.Trend:

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbətitədarük həyata keçiriləcək.

Trend xəbərverir ki, 5 vaqondan ibarət, çəkisi 350 ton olan buğda 25 marttarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinəgöndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandantranzit keçməklə 23 min tondan çox taxıl, 1000 ton gübrə və 68 tonqarabaşaq göndərilib.

Bu ilin martın 19-da Rusiyadan Ermənistana Azərbaycandan tranzitkeçməklə növbəti taxıl tədarükü həyata keçirilib. 7 vaqondanibarət, çəkisi 488 ton olan taxıl 19 mart tarixində Biləcəristansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Belə ki,indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.

Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidentiİlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuatabirgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuşErmənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradanqaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstantaxılının Ermənistana tədarükü olduğunu bildirib.

Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərib.

9 yanvar 2026-cı ildə Ermənistana ümumilikdə 2 698 ton yük (48vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizelyanacağı yola salınıb.

Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobilbenzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.

Fevralın 25-də isə Azərbaycandan Ermənistana 4 500 ton dizelyanacağı, martın 5-də 1 984 ton dizel yanacağı ilə yüklənmiş 31vaqon və 135 ton Rusiya gübrəsi ilə yüklənmiş iki vaqon, martın9-da Rusiya taxılı ilə yüklənmiş 7 vaqondan ibarət yük qatarı,martın 11-də isə ümumi çəkisi 1 023 ton (netto – 770 ton) olan 11vaqonda taxıl göndərilib.

Chosen
15
9
az.trend.az

10Sources