Zərdabda yol qəzasında ölən və xəsarət alanların adları açıqlanıb.
APA- nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində 2 nəfər - Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı ölüblər, 4 nəfər - Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova və Umud Mütəllimov isə xəsarət alıblar.
***
09.56
Zərdabda yol qəzası olub, ölən və xəsarət alan var.
APA- nın yerli bürosunun xəbərinə görə, hadisə rayonunun Əlvəd kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.
İlkin məlumata görə, 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Fakt araşdırılır.